Bakıda hərbi seminar KEÇİRİLİR

Bakıda hərbi seminar KEÇİRİLİR

Hazırda oxunan: Bakıda hərbi seminar KEÇİRİLİR

214898

Bu gün Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) öz işinə başlayır. 

Bizim.Media xəbər verir ki, BQXK-nın əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edir. 

Seminar əsasən müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər. 

Azərbaycanın Vətən müharibəsi, sonrakı döyüş əməliyyatları, xüsusilə antiterror əməliyyatında beynəlxalq humanitar hüquqa riayət etməsi nümunəvi xarakter daşıyır. 
 

Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, Beynəlxalq Humanitar Hüquq və hədəfəalma, Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək. 


Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir. 

Seminar oktyabr 12-dək baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO