Bakıda daha bir BIÇAQLANMA: Tutulanlar var

Bakıda daha bir BIÇAQLANMA: Tutulanlar var

Hazırda oxunan: Bakıda daha bir BIÇAQLANMA: Tutulanlar var

214895

Oktyabrın 6-da saat 01 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1992-ci il təvəllüdlü N.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. 
 

Qeyd edilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisə törətməkdə şübhəli bilinən qəsəbə sakini 2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən olunaraq saxlanılıblar.


Araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO