Rusiya kamikadze dronları ilə Kiyevə hücum etdi - 12 saat davam edib

Rusiya kamikadze dronları ilə Kiyevə hücum etdi - 12 saat davam edib

Hazırda oxunan: Rusiya kamikadze dronları ilə Kiyevə hücum etdi - 12 saat davam edib

214798

Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu olub.

Bizim.Media xəbər verir ki, oktyabrın 5-i axşam saatlarından başlayaraq növbəti gün səhərə qədər Rusiya ordusu Kiyevə kamikadze dronları ilə hücum edib.

Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dronların qalıqları Kiyev vilayətinin 6 rayonu ərazisinə düşüb.

“Düşmən bizim Kiyev bölgəsinə zərbələr endirməkdə davam edir. On iki saatdan çox davam edən həyəcan təbili çalınıb”, - deyə Kravçenko qeyd edib.

Dağıntılar və xəsarət alanların olduğu barədə məlumat dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 6-na keçən gecə Rusiya ordusu müxtəlif növ raketlərdən və hücum PUA-larından istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Ümumilikdə Ukrayna hərbçiləri düşmənin 90-dan çox hava hədəfini aşkar edib.

Ukrayna Hərbi Hava Qüvvələri aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qruplarının köməyilə hücumu dəf edib. Döyüş nəticəsində müxtəlif bölgələrdə iki raket və 56 kamikadze PUA məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO