Zaqatalada mağaza yandı - FOTO

Zaqatalada mağaza yandı - FOTO

Hazırda oxunan: Zaqatalada mağaza yandı - FOTO

214757

Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, gecə saat 03 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid ümumi sahəsi 60 kv/m olan iki anbarda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yağın nəticəsində hər iki anbarın yanar konstruksiyaları içərisində olan avadanlıq və ərzaqla birlikdə yanıb. Mağaza, mağaza və anbarın arasında qoyulan Beynəlxalq Bankın bankomatı və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO