Hacıqabulda QƏZA: Bir ailənin üç üzvü xəsarət aldı

Hacıqabulda QƏZA: Bir ailənin üç üzvü xəsarət aldı

Hazırda oxunan: Hacıqabulda QƏZA: Bir ailənin üç üzvü xəsarət aldı

214747

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO