Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, yanğın Dağlar məhləsi kimi tanınan ərazidə qeydə alınıb. Yanğın nəticəsində neft tullantılarının axıdıldığı ərazi yanıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media
![Binəqədidə neft tullantılarının axıdıldığı ərazi YANIB Binəqədidə neft tullantılarının axıdıldığı ərazi YANIB](https://bizim.media/file/articles/2024/10/05/1728141047_6700f38761ce66700f38761ce717281155916700f38761ce46700f38761ce5.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:05 / 05.10.2024
Binəqədidə neft tullantılarının axıdıldığı ərazi YANIB
Hazırda oxunan: Binəqədidə neft tullantılarının axıdıldığı ərazi YANIB
Hazırda oxunan: Binəqədidə neft tullantılarının axıdıldığı ərazi YANIB
214710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.