22 il əvvəl törədilmiş cinayətin üstü açıldı - BİRGƏ MƏLUMAT

22 il əvvəl törədilmiş cinayətin üstü açıldı - BİRGƏ MƏLUMAT

Hazırda oxunan: 22 il əvvəl törədilmiş cinayətin üstü açıldı - BİRGƏ MƏLUMAT

214703

Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları 22 il əvvəl, yəni 09.04.2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılmasını təmin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Qeyd edilib ki, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) həmin tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq bu gün Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Bildirilib ki, əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO