Bakıda məşhur restoranda şaurmanın içərisindən BOLT ÇIXDI - FOTO

Bakıda məşhur restoranda şaurmanın içərisindən BOLT ÇIXDI - FOTO

Hazırda oxunan: Bakıda məşhur restoranda şaurmanın içərisindən BOLT ÇIXDI - FOTO

214700

"Shaurma N1" restoranlar şəbəkəsinin Nizami filialında xoşagəlməz hal yaşanıb. Belə ki, restoranlar şəbəkəsinin əsas yeməyi olan şaurmanın içərisindən bolt çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a vətəndaş şikayəti daxil olub.

Şikayətçi Müşfiq İbrahimov saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

"Mən Polşada Azərbaycan Evinin layihələrinin idarəolunması üzrə rəhbəriyəm. Bakıya gəzməyə gəlmişəm. Dünən axşamüstü nişanlımla sözügedən restoranlar şəbəkəsinin Nizami küçəsindəki filialında əyləşdik. Göbələk şorbası, lahmacun və şaurma sifariş etdik. Nişanlım yeməyə başlayarkən şaurmanın içərisindən bolt çıxdı. Dişi qırıla və ya paslı boltdan zəhərlənmə baş verə bilərdi. Tez fotosunu çəkdik ki, sonradan "şər atırlar" deməsinlər. Müvafiq məsul şəxsi çağırdıq, məlumat verdik. Ancaq o, çox yumşaq formada üzr istədi, təsadüf olduğunu dedi. Kompensasiya, filan da təklifi olmadı, söhbət heç ödənişdə də deyil. Sadəcə, müştəriyə yanaşmaq, səhvlərini qəbul etmək strategiyaları da yanlışdır. Orada qeyd etdim ki, yemək sektorunda səhvi qəbul etmirəm. Çünki söhbət minlərlə insanın sağlamlığından gedir".

"Shaurma N1" restoranlar şəbəkəsi sorğumuzu belə cavablandırıb: "Kameraları açıb araşdıracağıq, müvafiq addım atılacaq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb:

"İstehlakçılar qida məhsulları ilə bağlı qarşılaşdıqları xoşagəlməz hallarla bağlı Qida Təhlükəsizliyi Agentliyinin "1003" qaynar xəttinə məlumat verməlidirlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO