İphone 16-nın enerjini az yığma problemi ÜZƏ ÇIXDI

İphone 16-nın enerjini az yığma problemi ÜZƏ ÇIXDI

Hazırda oxunan: İphone 16-nın enerjini az yığma problemi ÜZƏ ÇIXDI

214646

“Apple”ın iPhone 16 seriyası daha böyük batareyalar və daha sürətli şarj doldurma imkanları ilə təqdim edildi, lakin bu doldurma sürətləri gözlənildiyi kimi performans göstərmir. 

“Apple” müştəriləri aldadır?

Bizim.Media xəbər verir ki, bu müstəqil texnologiya şirkəti olan “ChargerLAB”ın sınaqları nəticəsində üzə çıxıb. “iPhone”, 16 seriyası modellərinin 45 Vt-a qədər doldurma sürətinə malik olduğunu göstərsə də, texnologiya şirkətinin  sınaqları bu nəzəriyyəninin əksini göstərib.

Bəs İphone 16 nə qədər sürətdə enerji yığır?

“ChargerLAB”, iPhone 16 Pro Max-ı “Apple”ın öz enerji cihazları ilə sınaqdan keçirdikdə, telefonun yalnız 30,19 Vt gücündə enerji doldurduğunu aşkar edib. Bu, kağız üzərində elan edilən 45 Vt-dan xeyli aşağıdır. Test göstərib ki, USB Type-C kabellərində istifadə olunan E-marker çipinin olmaması yüksək cərəyan çıxışına və sürətli məlumat ötürülməsinə təsir göstərir.

Nəticələrə görə, iPhone 16 Pro Max-ın enerji sürətinin orta hesabla təxminən 30 Vt ilə məhdudlaşdığı ortaya çıxdı. Bu sürət iPhone 15 Pro Max-ın 27W sürəti ilə müqayisədə bir qədər yaxşı olsa da, 45W sürət gözləyən üçün bu, yanıltıcı ola bilər.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO