Hər il olduğu kimi bu il də məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunmağa başlayıb. Buna görə də valideynlər yaşadıqları ərazidəki tibb müəssisələrinə, poliklinikalara gedərək övladları üçün sağlamlıq haqqında arayış alırlar. Bu zaman uşaq müxtəlif həkimlərin yoxlanışından keçir. Hər valideyn bu proses haqqında məlumatlı olmur. Çünki bəzi iddialara görə sağlamlıq haqqında arayışların çoxu şəxs tibbi yoxlanışdan keçmədən də verilir.
Maraqlıdır ki, sağlamlıq arayışı almaq üçün həkim pasiyenti yoxlamaqdan imtina edirsə, vətəndaşın hansı hüquqları var?
İddialarla bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə, övladlığa götürmə və himayədar ailə ( himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir.
“Habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir”.
Bəs, sağlamlıq haqqında arayışa hansı yoxlanışlar daxildir?
Qurumdan gələn məlumata əsasən, sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq , stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir.
“Sağlamlıq haqqıda arayışın rüsumu şəffalığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ödəniş terminalları vasitəsilə həyata keçirilir və ödəniş haqqında qəbz təqdim olunur”.
Əksər valideynlərin iddiasına görə bəzi həkimlər arayışa uşağı yoxlamadan imza çəkirlər
TƏBİB-dən iddialara cavab olaraq bildirilib ki, vətəndaşlar etik davranış qaydasının pozulması, həmçinin korrupsiya halı ilə bağlı təsdiqedici sübutlarla TƏBİB-ə, yaxud müvaifiq instansiyalara müraciət edə bilərlər.
“Qeyd edək ki, bu halda müvafiq məsələnin ətraflı araşdırılması və tibb müəssisəsi, yaxud konkret şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi mümkündür”.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 05.10.2024
Sağlamlıq haqqında arayışa həkimlər pasiyenti yoxlamadan imza atır? – İddialara rəsmi CAVAB
Hazırda oxunan: Sağlamlıq haqqında arayışa həkimlər pasiyenti yoxlamadan imza atır? – İddialara rəsmi CAVAB
Hazırda oxunan: Sağlamlıq haqqında arayışa həkimlər pasiyenti yoxlamadan imza atır? – İddialara rəsmi CAVAB
214592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.