Şəki şəhərinin mərkəzində yerləşən kafedə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən kafelərdən birində şəhər sakinləri 43 yaşlı Əli Məmmədovla 47 yaşlı Yafət Məmmədov arasında mübahisə yaranıb.
Daha sonra tərəflər əlbəyaxa davaya keçiblər. Bu zaman Əli Məmmədov əlindəki kəsici alətlə Yafət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisə şahidləri dava edənləri ayırıb, daha sonra Ə. Məmmədovu Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırırıblar. Xəstəxanadan bildirilib ki, xəsarət alan şəxsin müalicəsi davam etdirilir. Həyatı üçün təhlükə yoxdur.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin edilib, araşdırmalar aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:17 / 04.10.2024
Şəkidə kafedə dava xəsarətlə NƏTİCƏLƏNDİ
Hazırda oxunan: Şəkidə kafedə dava xəsarətlə NƏTİCƏLƏNDİ
Hazırda oxunan: Şəkidə kafedə dava xəsarətlə NƏTİCƏLƏNDİ
214583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.