Alzheimer xəstələri ilə bağlı MÜƏMMA – Onlara qulluq edəcək şəxslər necə SEÇİLİR?

Alzheimer xəstələri ilə bağlı MÜƏMMA – Onlara qulluq edəcək şəxslər necə SEÇİLİR?

Hazırda oxunan: Alzheimer xəstələri ilə bağlı MÜƏMMA – Onlara qulluq edəcək şəxslər necə SEÇİLİR?

214579

Əlil olan şəxsə qulluq edən insanın müəyyənləşdirilməsi üçün həmin şəxsin özü razılıq verməlidir. Beləliklə, seçilən şəxsə xəstəyə baxması üçün təqaüd ödənilir. Maraqlısı odur ki, bu kateqoriyadan olan elə insanlar var ki, şəxsən razılıq vermə iqtidarında deyillər. Məsələn, Alzheimer xəstələri bəzən öz ailə üzvlərinə belə tanımırlar. 

Bəs onda bu proses necə olur?

Hüquqşünas Rəşad Əliyev Bizim.Media-ya bu barədə məlumat verib.

“Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsi ilə tənzimlənir. Bu cür şəxslərin üzərində qəyyumluq müəyyənləşdirilir. Bu cür işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəməyə ərizə onun ailə üzvləri, yaxın qohumları, icra hakimiyyəti orqanı və ya psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər”.

“Şəxsin alzheimer olduğu sübut edilməlidir”

Hüquqşünas deyir ki, zəruri halda məhkəmə-psixiatriya ekspertizasının rəyi alınır:

“Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək (şəxsdə psixi qüsurun mövcudluğu,  öz hərəkətlərinin mənasını anlaya bilməməsi və s.) vəzifəsi ərizəçinin üzərinə düşür. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi onun üzərinə qəyyum təyin edilməsi üçün əsasdır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO