Cinayət Məcəlləsində YENİLİK – Bu şəxslər də məsuliyyətə cəlb olunacaq

Cinayət Məcəlləsində YENİLİK – Bu şəxslər də məsuliyyətə cəlb olunacaq

Hazırda oxunan: Cinayət Məcəlləsində YENİLİK – Bu şəxslər də məsuliyyətə cəlb olunacaq

214569

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 

Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.


Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO