Dövlət qurumlarına edilən zənglərin neçə faizi cavablandırılmır? – SORĞU – FOTO

Dövlət qurumlarına edilən zənglərin neçə faizi cavablandırılmır? – SORĞU – FOTO

Hazırda oxunan: Dövlət qurumlarına edilən zənglərin neçə faizi cavablandırılmır? – SORĞU – FOTO

214531

Azərbaycandakı dövlət qurumlarına edilən zənglərin 59.2%-ə  cavab verilib

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Mərkəz tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının  stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib.

Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.
 

STM tərəfindən keçirilmiş rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən 39 dövlət orqanına (qurumuna) məxsus 80 stasionar və qaynar xəttə günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1500-ə yaxın zəng edilib. Ümumi nəticələrə əsasən, zənglərin 66.3%-nə və ya 963 zəngə cavab verilib, 33.7%-nə və ya 489 zəngə cavab verilməyib. 


Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə edilmiş ümumi zənglərin 44.4%-nə (332 zəng) cavab verilib, 55.6%-nə (416 zəng) cavab verilməyib. Qaynar xətlər üzrə ümumi zənglərin 89.6%-nə (631 zəng) cavab verilib, 10.4%-nə (73 zəng) cavab verilməyib. Dövlət orqanlarının stasionar nömrələrinə edilən zənglərin cavablandırılması üzrə orta müddət 17 saniyə, qaynar xətlər üzrə 1 dəqiqə 22 saniyə olub. 

Dövlət orqanları üzrə zənglərə cavab verənlərin ümumilikdə 13.5%-i və ya 130 nəfəri kişi, 86.5%-i və 834 nəfəri qadın olub.

Stasionar nömrələr üzrə zənglərə cavab verənlərin 12.3%-i və ya 41 nəfəri kişi, 87.7%-i və ya 292 nəfəri qadın olub.  Qaynar xətlər üzrə zənglərə cavab verənlərin 14.1%-i və ya 89 nəfəri kişi, 85.9%-i və ya 542 nəfəri qadın olub. 












Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO