Azərbaycanda turizm zonalarında qadağan edilən hallar müəyyənləşir

Azərbaycanda turizm zonalarında qadağan edilən hallar müəyyənləşir

Hazırda oxunan: Azərbaycanda turizm zonalarında qadağan edilən hallar müəyyənləşir

214511

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna edilən dəyişiklik layihəsində əksini tapıb. 

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir: 

- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət, 

- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti; 
 

- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət 


- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət Mövcud dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO