Sabunçuda qətlə yetirilən məktəblinin babası danışdı: “Arxadan gəlib baldırından vurdu” - VİDEO

Sabunçuda qətlə yetirilən məktəblinin babası danışdı: “Arxadan gəlib baldırından vurdu” - VİDEO

Hazırda oxunan: Sabunçuda qətlə yetirilən məktəblinin babası danışdı: “Arxadan gəlib baldırından vurdu” - VİDEO

214478

Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 

16 yaşlı Həsən Quliyevin aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, bu cinayətdə şübhəli kimi məktəblinin həmyaşıdı saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı o, bıçaqla Həsən Quliyevin bud nahiyəsinə xəsarət yetirib.

16 yaşlı yeniyetmənin qohumları deyirlər ki, Həsən Quliyev sakit uşaq olub. O, 71 nömrəli orta məktəbin 11-ci sinifində oxuyrumuş. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.

Faktla bağlı saxlanan yeniyetmə barəsində ''qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə'' maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO