Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO

Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO

Hazırda oxunan: Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO

21441

Azərbaycanda bu gün evlənən cütlüyün nikah şəhadətnaməsi itib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, mayın 17-də 1996-ci il təvəllüdlü Quliyev Azər Xəqani oğlu ilə 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızı arasında Bakıda yerləşən 2 saylı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanılıb.

Amma mərkəzdə cütlüyə verilən nikah şəhadətnaməsi onlar evlərinə gedən zaman itib.

Cütlüyə aid şəhadətnəmə sonradan paytaxtın Xətai rayonunda, "Nargilə" kimi tanınan ərazidə tapılıb. Hazırda şəhadətnaməni tapan vətəndaş onu sahiblərinə təqdim etmək üçün cütlüyü axtarır (report).

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO