Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Hazırda oxunan: Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

214382

Payız fəslində bir sıra viruslar aktivləşir. Son günlər də ölkə ərazisində insanlar arasında ürəkbulanma, mədə ağrısı, ishal kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb.

İnfeksiyaya yoluxanlar xəstəliyin sürətlə yayıldığını, 3-5 gün davam etdiyini deyirlər. Əsasən, azyaşlı və məktəbyaşlı uşaqlar, eləcə də  yaşlılar arasında yayılır.

Bəziləri bu simptomların yeni virus əlamətləri olduğunu iddia edirlər.

Bəs əlamətlərlə özünü göstərən virus nədir? 
 

MÖVZU İLƏ BAĞLI:

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? – AÇIQLAMA

 

Bu barədə Bizim.Media-ya danışan tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla deyib ki, bir çox virus infeksiyaları qəribə kliniki vəziyyət yaradıblar:

“Hazırda yayılan ürəkbulanma, qusma, ishal, ümumi halsızlıqla müşayiət olunan respirator virusların bir formasıdır. Daha çox infulenza virusudur ki, geniş yayılıb. Bir müddət əvvəl rotavirusların bu cür problem yaratdığı göz önündəydi. İndi adenoviruslar, enterviruslar, sonra koronavirusun omikron ştammı, mutasiya variantları ayrı-ayrı ölkələrdə qəribə bir kliniki vəziyyət yaradıb. Yoluxanlar çoxdur, insanlar bunu ayaqüstə keçirdiklərindən çox önəm vermirlər”.

Həkim insanları diqqətli olmağa səsləyib:

“Hər kəsə məsləhət görülür ki, diqqətli olsunlar, yoluxmadan maksimum özlərini qorusunlar. Payız fəsli və qışa doğru getdiyini nəzərə alaraq, immunsistemi möhkəmləndirmək lazımdır. Bunun üçün vitaminli qidalar, meyvə-tərəvəz yeməyə çox diqqət etmək, fiziki aktivliyi artırmaq, açıq havada gəzmək çox vacibdir. Yəni immun sistemini formada saxlamaq lazımdır ki, problem olmasın.

Təcrübə göstərir ki, əlavə xəstəlikləri olan insanlar bu xəstəlikləri daha pis keçririlər, ölüm halları da adətən bunların arasında daha çox rast gəlinir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO