Talış kəndinə köçürülən 40 nəfər işlə TƏMİN OLUNUB

Talış kəndinə köçürülən 40 nəfər işlə TƏMİN OLUNUB

Hazırda oxunan: Talış kəndinə köçürülən 40 nəfər işlə TƏMİN OLUNUB

214351

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub. Onlar özünüməşğulluq, vakansiyalara uyğun işlə təminat, haqqı ödənilən ictimai işlər proqramları çərçivəsində işlə təmin ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO