“Kapital Bank” təqaüd kartlarından köçürmələrdə niyə komissiya tutur? – RƏSMİ AÇIQLAMA

“Kapital Bank” təqaüd kartlarından köçürmələrdə niyə komissiya tutur? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Kapital Bank” təqaüd kartlarından köçürmələrdə niyə komissiya tutur? – RƏSMİ AÇIQLAMA

214350

Ölkəmizdə bir çox tələbənin təqaüd kartı məhz Kapital Bank kartıdır. Tələbələr bildirirlər ki, “Birbank” mobil tətbiqi vasitəsilə təqaüd kartından başqa bir karta ödəniş etmək istədikdə komissiya tutulsa da, “Birbank cashback” kartında bu hal yaşanmır

Bəs bunun səbəbi nədir? Komissiya haqqının tutulması kartın növündən asılıdır?

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arzu Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, məhsullar üzrə komissiyalar bankın əməliyyat xərclərinə, növünə ( köçürmə, nağdlaşdırma, alış-veriş) vəsaitin mənbəyinə, kart tiplərinə və əməliyyatın icra edildiyi ölkəyə əsasən təyin edilir:
 

MÖVZU İLƏ BAĞLI:

“Kapital Bank” istifadə edilməyən QR biletə görə ödənişləri niyə geri qaytarmır? – RƏSMİ AÇIQLAMA – FOTO

 

“Qeyd olunan parametrlərin kombinasiyasından asılı olaraq əməliyyatın maya dəyəri dəyişə bilir. Kapital Bankda bir neçə kateqoriyada kartlar mövcuddur: debit, kredit, əməkhaqqı, təqaüd. Debit, əməkhaqqı və təqaüd kartları ilə “Birbank” mobil tətbiqi üzərindən Kapital Bank kartlarına vəsaitin köçürülməsi komissiyasızdır”.

Açıqlamada əlavə olunub ki, kartların təyinatı və kart balansında olan vəsaitin mənbəyindən asılı olaraq komissiyaya yanaşma dəyişir:

“Məsələn, debit kartlarında aylıq 5000 manatadək köçürmə və ya nağdlaşdırma komissiyasızdır. Eyni zamanda əməkhaqqı və pensiya kartlarında Kapital Bankın ATM-lərindən vəsaitlərin nağdlaşdırılması limitsiz və tam pulsuzdur. “Birbank Star” kartı istisna olmaqla kredit kartlarında kredit xəttindən köçürmə və ya nağdlaşdırma edərkən xidmət haqqı tutulur. Komissiyalar həm də bazarın tələbinə uyğun olaraq dəyişə bilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO