“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” - Xalq artistindən ŞOK AÇIQLAMA

“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” - Xalq artistindən ŞOK AÇIQLAMA

Hazırda oxunan: “Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” - Xalq artistindən ŞOK AÇIQLAMA

214298

Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova barədə sərt açıqlama edib.

 

Sfera.az xəbər verir ki, sənətçi bu barədə Musavat.com-a danışıb.

 

"Mən artıq bir aydır ki, xəstəxanadan çıxmışam. Evdən heç yerə getmirəm, heç kimlə görüşmürəm, çəkilişlərə, görüşlərə dəvət edirlər, amma ora da getməyə halım yoxdur. Stolumun üstü dərmanla doludur. Dava-dərmanla özümü saxlayıram, heç kimə də müraciət etmirəm. Sözün doğrusu, indi kiməsə müsahibə verməkdən qorxuram. Bəzən kimsə haradansa nəsə eşidib, üzərinə onunu qoyub, yazır. Məsələn, yazmışdılar ki, guya mən xəstəxanadan çıxdıqdan sonra Şəfiqə Məmmədova gəlib mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin! Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi, biz onu gətirib, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına sədr seçdik. O, Azərbaycan kinosunu məhv edən birinci düşmənimizdir", - deyə. Ə. Həsənov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO