Özünü TV rəhbəri kimi təqdim edən şəxs HƏBS EDİLDİ

Özünü TV rəhbəri kimi təqdim edən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Özünü TV rəhbəri kimi təqdim edən şəxs HƏBS EDİLDİ

214284

Tovuz rayonunda ayrı-ayrı şəxsləri şantaj edən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, özünü “İnkişaf TV”nin təsisçi və baş direktoru kimi təqdim edən Nahid Babayev barəsində daxil olan şikayətlər üzrə araşdırma aparılıb.

O, barələrində neqativ məlumatları “İnkişaf TV”nin sosial kanal və platformalarında yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb edib.

Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq N.Babayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO