Suqovuşanın işğaldan azad edilməsindən 4 il ÖTÜR

Suqovuşanın işğaldan azad edilməsindən 4 il ÖTÜR

Hazırda oxunan: Suqovuşanın işğaldan azad edilməsindən 4 il ÖTÜR

214282

Bu gün - oktyabrın 3-də Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən dörd il ötür.

Bizim.Media xəbər verir ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarının 7-ci günündə Suqovuşan və Talış kəndləri, eləcə də Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO


Suqovuşan və Talışdakı yüksəkliklər strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verib. Bu döyüşlərdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. 


Bu xoş müjdəni rəsmi “X” hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırıb.

Dövlət başçısı 2021-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO