Qohumunu güllələyən "Mərdəkanlı Amin"in qardaşı hakim qarşısında

Qohumunu güllələyən "Mərdəkanlı Amin"in qardaşı hakim qarşısında

Hazırda oxunan: Qohumunu güllələyən "Mərdəkanlı Amin"in qardaşı hakim qarşısında

214280

Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə baxış iclası olub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilsə də, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmədə sərbəst ifadə verməkdən imtina edib.

Buna görə də hakim onun istintaqa verdiyi ifadəsini proses iştirakçılarının diqqətinə çatdırıb.
 

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.


Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub. Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Amilin qudası imiş. 

İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P. Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Onu da xatırladaq ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO