Ucarda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Ucarda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Hazırda oxunan: Ucarda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

214270

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ucar rayon Lək kənd sakini, 30 yaşlı Fərhad Məmməd oğlu Hüseynov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iri buynuzlu heyvanı vurub.

Digər rayon sakini, 30 yaşlı Fərman Abuzərov isə kömək məqsədilə idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilini yol kənarında saxlayıb. Arxadan gələn Qeys Əmirovun idarə etdiyi "BMW" markalı minik avtomobili isə "VAZ 2106"-ya çırpılıb. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb.
 

Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 46 yaşlı Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Hazırda faktla bağlı araşdırma aparılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO