“Azəriqaz”ın baş direktorunun iki müavini işdən azad olunub? – RƏSMİ AÇIQLAMA

“Azəriqaz”ın baş direktorunun iki müavini işdən azad olunub? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Azəriqaz”ın baş direktorunun iki müavini işdən azad olunub? – RƏSMİ AÇIQLAMA

214256

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun iki müavininin işdən azad olunduğu bildirilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Birliyin Baş direktoru Azər Məmmədovun əmri ilə müavinləri – Cahid Hüseynov və Rəşad Cavadov vəzifələrindən azad olunublar.

Məlumata görə, Cahid Hüseynov və Rəşad Cavadov ərizə yazaraq, başqa vəzifəyə keçirilmələrini xahiş ediblər. 

Həmçinin, Cahid Hüseynov Azər Məmmədovdan ona bir neçə ay möhlət verilməsini xahiş edib. 

Baş direktor Azər Məmmədovun əmri ilə Cahid Hüseynov və Rəşad Cavadov “Azəriqaz” İstehsalat Birliyində müşavir vəzifələrinə keçiriliblər.

“Azəriqaz” İstehsalat Birliyi Baş direktorunun digər müavini Ramil İsgəndərovun da yaxın günlərdə vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Məsələyə aydınlıq gətirmək üçün “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. Qurumun sözçüsü Bizim.Media-ya açıqlamasında Rəşad Cavadov və Cahid Hüseynovun işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.

Qeyd edək ki, Rəşad Cavadov 2021-ci ilin martında “Azəriqaz” İB-nin Baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub. O, daha əvvəl “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışıb.
 

Cahid Hüseynov da Rəşad Cavadovla eyni vaxtda Baş direktorun istismar üzrə müavini vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər baş direktorun satış və istismar üzrə müavini vəzifəsini icra edib.


Xatırladaq ki, Cahid Hüseynovun adı müxtəlif qalmaqallarda hallanıb. Bu ilin martında isə onun öz yaxınlarını “Azəriqaz”da müxtəlif vəzifələrə təyin etməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO