Salyan şosesində təmir işləri başa çatdı

Salyan şosesində təmir işləri başa çatdı

Hazırda oxunan: Salyan şosesində təmir işləri başa çatdı

214195

Salyan şosesində aparılan təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5,33 kilometr uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.

Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem artıq aradan qaldırılıb.

Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kvadratmetrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.

Asfaltlanma işlərinin ardınca ərazidə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.

Hazırda sözügedən şose müasir görkəmdə istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO