Gələcəkdə İŞ İMKANI - Peşə təhsili üçün ən uğurlu ixtisaslar hansılardır?

Gələcəkdə İŞ İMKANI - Peşə təhsili üçün ən uğurlu ixtisaslar hansılardır?

Hazırda oxunan: Gələcəkdə İŞ İMKANI - Peşə təhsili üçün ən uğurlu ixtisaslar hansılardır?

214194

Günümüzdə ali məktəblərlə, kolleclərlə yanaşı, peşə məktəblərinə üz tutan gənclər də az deyil. Belə ki, bu il peşə təhsil müəssisələrinə 244821 qəbul olunub.

Qeyd edək ki, hər il ekspertlər ali təhsil müəssisələri üzrə gələcəkdə də öz əhəmiyyətini qoruyub-saxlayacaq ixtisasları açıqlayırlar. 

Bəs peşə təhsili istiqamətində uğurlu ixtisaslar hansılardır?
 

MÖVZU İLƏ BAĞLI:

Hər kəs ali təhsil almalıdır? - Misir Mərdanovdan AÇIQLAMA


Bizim.Media məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. Ekspert gələcək üçün texnologiyayla bağlı ixtisasları  daha uğurlu sayır. 

“İnformasiya texnologiyaları, buna  bağlı olan digər istiqamətlər gündən-günə inkişaf edir. Buna görə də istər ali təhsil, istərsə də orta təhsil ixtisaslarında  əsasən kompüterlə bağlı, İT yönümlü ixtisaslar gələcək üçün uğurlu dəyərləndirilə bilər”.

Xalq arasında belə bir deyim də var ki, “uşağa əsas sənət öyrət”.

Buradakı “sənət” sözünə hansı peşələr aid edilə bilər?

Ekspert qeyd edib ki, peşə istiqamətində bərbərlik, avtomobil ustası, aşpazlıq kimi peşələrə gələcəkdə də tələbat olacaq:

“Tövsiyə edirəm ki, valideyn və şagirdlər bu ixtisasları seçsinlər. Bu daha məqsədəyğun olar. Çünki gələcəkdə iş imkanı, subbakalavrdan bakalavra keçid baxımından bu peşələr uyğundur”, - deyə müsahibimiz sonda bildirib. 

Nəzrin Mirzəyeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO