Bakı Apellyasiya Məhkəməsində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinin sabiq əməkdaşı Rövşən Eynullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, kiçik tibb işçisi vəzifəsində çalışmış 1994-cü il təvəllüdlü R.Eynullayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Bildirilib ki, R.Eynullayev külli miqdarda narkotik vasitənin dövriyyəsinə görə tutulmuş şəxsin nənəsindən onu həbsdən buraxdıracağını vəd edərək 55 min manat pul alıb. O özünü nüfuzlu şəxslərlə yaxın münasibətdə olan biri kimi təqdim edib və pulun həmin vəzifəli adama çatacağını deyib. Lakin sonradan Rövşənin yalanının üstü açılıb.
Bundan başqa, R.Eynullayevin iş yoldaşı olan həkimdən ona MİDA-nın inşa etdiyi binadan güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyi vədi ilə 3 700 manat alması da üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust tarixli hökmü ilə Rövşən Eynullayevə 6 il 6 ay həbs cəzası verilib.
Ona qarşı qaldırılmış mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 55 min manat məbləğində pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 02.10.2024
Nazirliyin həbsdə olan keçmiş əməkdaşı ilə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Nazirliyin həbsdə olan keçmiş əməkdaşı ilə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Nazirliyin həbsdə olan keçmiş əməkdaşı ilə bağlı QƏRAR VERİLDİ
214169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.