“Bir dəqiqəlik mahnını 100 manata yazıram” – Adlara musiqi bəstələyən GƏNC

“Bir dəqiqəlik mahnını 100 manata yazıram” – Adlara musiqi bəstələyən GƏNC

Hazırda oxunan: “Bir dəqiqəlik mahnını 100 manata yazıram” – Adlara musiqi bəstələyən GƏNC

214160

Azərbaycanda tarixi şəxsiyyətlərə, bölgələrə, adlara musiqi həsr etmək, şeir yazmaq ənənəsi mövcuddur. Əsasən, gənc qızlara və şairlərin öz övladlarına yazdığı şeirlərə sonradan musiqilər bəstələnib, dillər əzbəri olan mahnılar yazılıb.

İndi isə bunu biznesə çevirənlər var. Yəni bəzi insanlar adlara şeir və mahnı yazmaqla pul qazanırlar. Sosial şəbəkənin verdiyi imkanlardan yararlananlar bu vasitələrlə elan verərək müştəri toplayırlar.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın" xalq mahnısı yeni ifada təqdim edildi – VİDEO 


Onlardan biri, Vüsal adlı gənc Bizim.Media-ya bildirib ki, istənilən ada şeir yazıb, mahnı bəstələyə bilir:

“Hansı janrda istəyilər mahnı yazıram. Bir dəqiqəlik mahnını 100 manata yazıram, xərci-borcu 100 manata əmələ gəlir. Elə insan olur ki, mahnının bir dəqiqədən artıq olmasını istəyir, ona uyğun yazırıq. Özüm meyxanaçıyam, tək adlara yox, “oğlum”, “qızım”, “qardaşım oğlu”, “həyat yoldaşım” adlı mahnılar da yazıram”.

“Müştəri mahnını bəyənmədikdə vəsaiti geri ödəyirsinizmi?” sualına isə o, belə cavab verib:

“Mahnının əvvəl musiqisini göndəririəm, sonra sözlərini, xoşuna gəlirsə, oxuyuram. Yəni razılaşdırma əsasında olur”.

Adlara mahnı qoşan gənc bir ayda neçə mahnı yazdığı ilə bağlı suala cavab verməyib, hazırda bu işin zəif olduğunu bildirib.

Günay, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO