Məhkum yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU – “Öldürmək niyətim yox idi”

Məhkum yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU – “Öldürmək niyətim yox idi”

Hazırda oxunan: Məhkum yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU – “Öldürmək niyətim yox idi”

214152

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsində hökm oxunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və onun vəkili çıxış edib.

Təqsirləndirilən şəxsin vəkili çıxışında bildirib ki, ona qarşı irəli sürülmüş ittihamdan 126.1 ci maddəsində özünü təqsirli bilib. Lakin digər maddəni qəbul etməyib. Bildirib ki, onun məhkum yoldaşını öldürmək niyyəti olmayıb:

"Mənim müdafiə etdiyim şəxsin kimisə öldürmək niyyəti olmayıb. Sadəcə yoldaşını cəzalandırmaq fikrinə düşüb. Onun üzünə xətt qoymaq istəyibmiş. Lakin zərərçəkmiş qaçmağa çalışdığı üçün zərbə onun boynuna dəyib".

Vəkil onu da əlavə edib ki, Azər Şalıyev məhkum həyatı yaşayarkən nizam-intizam qaydalarına əməl edib və ondan şikayət olmayıb. Bu isə yüngülləşdirici hal kimi qəbul edilə bilər. Eyni zamanda təqsirləndirilən şəxs zərəçəkmişlə də barışıq əldə edib.

Məhkəmə təqsirləndirilən şəxsə son sözü demək üçün şərait yaradıb.

Azər Şalıyev bildirib ki, onun məhkum yoldaşını öldürmək niyyəti olmayıb:

"Mən onu öldürmək istəsəydim, öldürərdim. Vaxtım olmuşdu. Mən 126-cı maddə ilə razılaşıram, amma 120.2.2 maddəsi ilə razılaşmıram. 16 il verilsə 50 yaşımda çıxıram. Sizdən xahiş edirəm mənə 126.1 maddəsi ilə cəza təyin edilsin".

Məhkəmə müşavirə əsasında qərar qəbul edib. Qərara əsasən təqsirləndirilən şəxsə hökm oxunub.

Azər Şalıyev 127.2.3 maddəsi ilə 4 il müddətindən azadlıqdan məhrum edilib. Ona öncəki əməlinə görə təyin edilmiş cəzasından qalan 1 il 10 ay 29 günlük cəzası da bu hökmə qismən birləşdirilərək ümumilikdə 5 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın qalıb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO