“Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans KEÇİRİLİR
Əli Nağıyev bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir:
“İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür”.
Bizim.Media