Avtovağzalın qarşısında dava: Avtobus sürücüsü TUTULDU

Avtovağzalın qarşısında dava: Avtobus sürücüsü TUTULDU

Hazırda oxunan: Avtovağzalın qarşısında dava: Avtobus sürücüsü TUTULDU

214130

Dünən səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının qarşısında bıçaqlanma olub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, saat 06:45 radələrində avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu avtovağzal kompleksinin yaxınlığında “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlu ilə mübahisə edib.

Yol hərəkəti qaydaları ilə bağlı yaranmış mübahisə zamanı E.Bayramov əlindəki kəsici alətlə minik maşınının sürücüsünün qarın nahiyəsinə vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

E.Bayramov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO