Qubada polis şagirdlər üçün maarifləndirici tədbir keçirildi - FOTOLAR

Qubada polis şagirdlər üçün maarifləndirici tədbir keçirildi - FOTOLAR

Hazırda oxunan: Qubada polis şagirdlər üçün maarifləndirici tədbir keçirildi - FOTOLAR

214088

Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq göstərişinə əsasən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi tədbirləri keçirilir.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, bu istiqamətdə Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində olan bir neçə məktəbdə hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

 

Mərasimdə edən rayon polis şöbəsinin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Nail Əliyev deyib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib.

 

Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını söyləyən N.Əliyev yol ayrıclarında piyada keçidlərindən istifadə etmələrini bildirib.

 

Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO