Azyaşlıların KOMPLEKSLƏRİ – Uşaqlarda yaş sindromları özünü necə büruzə verir?

Azyaşlıların KOMPLEKSLƏRİ – Uşaqlarda yaş sindromları özünü necə büruzə verir?

Hazırda oxunan: Azyaşlıların KOMPLEKSLƏRİ – Uşaqlarda yaş sindromları özünü necə büruzə verir?

214038

Uşaqların böyümə proseslərində müəyyən yaş mərhələləri olur ki, bu mərhələlərin özünəməxsus xüsusiyyətləri olur.  Məsələn, tez-tez mütəxəssislərin dilindən “3 yaş sindromu”, “7 yaş sindromu” və s. kimi ifadələr eşidirik. 

Bəs maraqlıdır ki, bu sindromların hansı əlamətləri mövcuddur?
 

MÖVZU İLƏ BAĞLI:

40 yaşdan sonra nə baş verir? – QADIN və KİŞİ fərqləri


Məsələ ilə bağlı ilk olaraq valideynlərin fikirlərini öyrəndik. 

3 yaşında qız övladı olan müsahibimiz Bizim.Media-ya açıqlamasında qeyd edib ki, övladı istədikləri reallaşmadıqda tez-tez aqresivləşir, küsür, nəyisə özü etmək istəyir, kiminsə kömək etməsinə icazə vermir. 

7 yaşlı uşaq anası olan müsahibimiz isə uşağının məktəb dönəmində xarakterinin daha da formalaşdığını, dəcəlliklərinin nisbətən azaldığını bildirib. 

Psixoloq Vüsalə Əmiraslanova Bizim.Media-ya açıqlamasında uşaqların böyümə prosesinin əsasən 3 dövrə bölür. 

“Yaş dönəmləri 3, 7 və 12-18 yaş böhranı kimi 3 hissəyə bölünür.  Daha sonra orta yaş və yaşlılıq dövründə olan böhranlar da var". 

Psixoloq hər yaş dönəminin xüsusiyyətlərini vurğulayıb:

“3 yaş böhranı uşaqların şəxsiyyətinin formalaşdığı dövrdür. Bu zamanlarda “mən” formalaşır, istədikləri reallaşmayanda uşaqlarda problemlər yaratmaq, sözə riayət etməmək kimi hallar olur. Bu yaşlar hər uşaqda eyni keçmir. Həmçinin, 3 yaş mərhələsində “edip” və “elektra” kompleksləri də yaranır. Yəni, qızların ataya, oğlanların isə anaya daha da bağlanması, bu bağlılığın möhkəmlənməsi  baş verir. 

7 yaş dönəmi isə uşağın məktəb vaxtına təsadüf edir. 

Ən çətin dönəm yeniyetməlik dövrüdür. Əgər 3 və ya sonrakı yaş dönəmləri yaxşı keçərsə, yeniyetməlik dövrü də daha problemsiz olar. 

Valideynlərə məsləhət görürəm ki, bu dönəmdə övladlarının tərbiyəsinə xüsusi diqqət yetirsinlər, çalışsınlar ki, ailədə fikir ayrılığı olmasın, tərbiyədə hər iki valideyn iştirak etsin”. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO