İşğaldan azad edilmiş ərazilərdə daha 767 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə daha 767 mina zərərsizləşdirilib

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə daha 767 mina zərərsizləşdirilib

214036

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, azad olunan ərazilərdə sentyabr ayı ərzində 478 tank əleyhinə mina, 289 piyada əleyhinə mina, 3301 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 

Həmçinin 6118.2 hektar ərazi minalardan təmizlənib. 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO