Müəllimlər Günü ilə bağlı “hədiyyə” təmtərağı – Valideyn komitələri hər il niyə pul YIĞIR?

Müəllimlər Günü ilə bağlı “hədiyyə” təmtərağı – Valideyn komitələri hər il niyə pul YIĞIR?

Hazırda oxunan: Müəllimlər Günü ilə bağlı “hədiyyə” təmtərağı – Valideyn komitələri hər il niyə pul YIĞIR?

214021

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Azərbaycanda bu bayram hər il təmtəraqla qeyd olunur. Təəssüflər olsun ki, bu təmtəraq bizim cəmiyyətdə fərqli anlaşılır. Hər il bir qayda olaraq Elm və Təhsil Nazirliyi Müəllimlər Günü ilə əlaqədar məktəblərə pul yığılmaması ilə bağlı təlimat göndərsələr də, bəzi təhsil müəssisələri bu tapşırıqlara məhəl qoymur. 

“Hədiyyə lazım deyil, pul yığılsın”
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlər Günü ilə bağlı məktəblərə TAPŞIRIQ - "Pul yığılması YOLVERİLMƏZDİR"


Hər “Müəllimlər Günü” söz-söhbətsiz ötüşmür. Müəllimlərə valideynlər tərəfindən bahalı hədiyyələr alınır, kiçik hədiyyələr bəyənilmir, geri qaytarılır, hətta uşaqların gözü qabağında zibilə atılır. İmkanlı valideynlər hədiyyələrlə müəllimlərin gözünü boyamağa çalışır, dolanışığı zəif olan valideynlər isə borca xərcə girib uşağının utanmaması üçün əllərindən  gələni etməyə çalışırlar. Ən pisi isə valideyn komitəsi vasitəsilə valideynlərdən pul yığılmasıdır. Valideyn komitələri “hədiyyə lazım deyil, heç kəs hədiyyə almasın” deyərək əvəzində pul yığılmasına təşviq edirlər. Hətta bəzi məktəblərdə təkcə sinif rəhbərlərinə yox, fənn müəllimlərinə də ayrıca pul yığılır. 

“Müəllimlərin əməyini qiymətləndirmək” adı altında...

Hər il bu məsələ tənqid olunsa da, təəssüflər olsun ki, bunu təbliğ edənlər də elə valideynlərdir. Əksəriyyət “Müəllimlər Günü”ndə pul yığılmasına qarşı olsa da, bunu müəllimlərin zəhmətini qiymətləndirmək üçün edilməli olduğunu düşünənlər də var. 

Həm də satıcıların bayramıdır...

Bu hal Azərbaycanda o qədər adiləşib ki, mağazalar “Müəllimlər Günü”nə özəl gül buketləri, şokolad buketləri,  hədiyyəlik bağlamaların satışına çoxdan başlayıblar. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar, reklamlar edirlər. Alıcıları da kifayət qədər çoxdur. Qiymətlər isə 15 manatdan başlayır. Satıcıların dediyinə görə, valideynlər çoxdan bu hədiyyələri almağa başlayıblar. 

“Müəllimlərin nüfuzuna xələl gətirir”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Vüsal Kərimlinin sözlərinə görə Müəllimlər Günü üçün pul yığmaq etik deyil: 

“Dünyada belə yanaşmalar yoxdur. Biz müəllimlərdən başqa heç bir peşə bayramında pul yığılmasına şahid olmuruq. Düşünürəm ki, bu müəllimin nüfuzunu zədələyir, cəmiyyət qarşısında onların yaranmış imajına ciddi şəkildə zərər gətirir”. 

Nuray, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO