Baş Prokurorluqdan intihar edən bank filial müdiri ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan intihar edən bank filial müdiri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan intihar edən bank filial müdiri ilə bağlı AÇIQLAMA

21396

Xəbər verildiyi kimi, “Kapital Bank”ın filial müdiri intihar edib. Məlumata görə bankın Xəzər rayon Şüvəlan qəsəbəsində yerləşən filialın müdiri Mahir Sultanov özünü öldürüb. İntiharın səbəbi açıqlanmamışdı.

Bizim.Media-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. 

Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO