Qapı arxasında qalan azyaşlı belə xilas edildi - VİDEO

Qapı arxasında qalan azyaşlı belə xilas edildi - VİDEO

Hazırda oxunan: Qapı arxasında qalan azyaşlı belə xilas edildi - VİDEO

213938

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO