Yolda dayanma və durmanı qadağan edən nişan yoxdur, amma avtomobil sahiblərinə buna görə cərimə yazılır. Məsələ ilə bağlı paytaxtın Səbail rayonu, M.Müşviq küçəsi, 4B ünvanında yaşayan sakinlər iddia edirlər.
Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, bir neçə ildir ki, avtomobillərini binanın yaxınlığındakı küçədə park ediblər.
Son bir neçə aydır, onlara dayanma və durma qaydasını pozduqları əsas göstərilərək cərimə yazılıb.
Sakinlər deyiblər ki, dəfələrlə bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə müraciət ediblər. Hətta təklif də veriblər.
Sakinlərin üzləşdiyi problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib ki, günün pik saatlarında həmin ərazidə tıxac yarandığından avtomobillərin park edilməsi qadağan olunub.
Yol yeni təmir olunub və yaxın günlərdə orada yenidən cizgi və nişanlama xətləri çəkilərkən bütün lazımi yol nişanları da qoyulacaq.
Ətraflı "Xəzər xəbər"in süjetində:
Bizim.Media