Aşıq Ələsgərin nəticəsindən Prezidentə: “O vaxt televizorda Sizi qucaqlamışdım” - VİDEO

Aşıq Ələsgərin nəticəsindən Prezidentə: “O vaxt televizorda Sizi qucaqlamışdım” - VİDEO

Hazırda oxunan: Aşıq Ələsgərin nəticəsindən Prezidentə: “O vaxt televizorda Sizi qucaqlamışdım” - VİDEO

213915

“Cənab Prezident, mən o vaxt televizorda Sizi qucaqlamışdım, istəyirəm icazə versəniz əlinizi sıxım”.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı mərasimində onun nəticəsi Xətai Ələsgərli ölkə başçısı İlham Əliyev ilə söhbətində deyib.

“Cənab Prezident, həqiqətən də Aşıq Ələsgər sənətinə verdiyiniz bu dəyər bütövlükdə saz sənətinə, söz sənətinə verilən bir dəyərdir. Milli-mənəvi dəyərlərimizi bu gün belə yaşatmaq bizi çox sevindirir, çox qürurlandırır.

Qeyd etdiyiniz kimi, həqiqətən şəhərin belə bir gözəl yerində Aşıq Ələsgərin heykəlinin ucaldılması bizi çox sevindirir. Bu, bizim uzun illərdir arzumuz idi ki, bu arzuya bu gün qovuşuruq”, - Xətai Ələsgərli bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO