Sakinlərin NƏZƏRİNƏ: Bakının 4 rayonunda qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının 4 rayonunda qaz olmayacaq

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Bakının 4 rayonunda qaz olmayacaq

213902

Sabunçu və Qaradağ rayonları ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən bildirilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "Sea Breeze" ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO