Bakıda daha bir marşrut fəaliyyətini DAYANDIRIR

Bakıda daha bir marşrut fəaliyyətini DAYANDIRIR

Hazırda oxunan: Bakıda daha bir marşrut fəaliyyətini DAYANDIRIR

213897

Sabahdan paytaxtın 171 nömrəli avtobus marşrutu fəaliyyətini dayandırır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, həmin xətt üzrə (Bilgəh qəsəbəsi - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) 150 nömrəli marşrut istifadədə olacaq.

Qeyd olunub ki, 150 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Sözügedən marşrut üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO