SON DƏQİQƏ: Nazim Bəydəmirliyə HÖKM OXUNDU - FOTO

SON DƏQİQƏ: Nazim Bəydəmirliyə HÖKM OXUNDU - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Nazim Bəydəmirliyə HÖKM OXUNDU - FOTO

213855

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, bəraət tələb edib.

Nazim Bəydəmirli son söz deyərək bəraətini istəyib və ittihamların əsassız olduğunu bildirib. Məhkəmə müşavirəyə gedib. Məhkəmə müşavirəsi əsasında Nazim Bəydəmirliyə hökm oxunub.

Sabiq deputat 8 il müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı 9 il müddətində azadlıqdan məhrum etmə cəzası istəmişdi.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.


Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.




Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO