Niftalı Quliyevin yeni kitabının təqdimat mərasimindən VİDEOREPORTAJ

Niftalı Quliyevin yeni kitabının təqdimat mərasimindən VİDEOREPORTAJ

Hazırda oxunan: Niftalı Quliyevin yeni kitabının təqdimat mərasimindən VİDEOREPORTAJ

213852

Qərbi Azərbaycandan olan tanınmış ziyalı Niftalı Quliyevin yeni kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, elm adamları və Qərbi Azərbaycandan olan ziyalılar iştirak ediblər.

“Nərimanlı... getməsək də, gəlməsək də, o – bizim kəndimizdir” adlı Göyçə mahalından bəhs edən kitab tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kitabın təqdimat mərasimində çıxış edən müəllif kitabın yazılma səbəbindən bəhs edib. O, kitabı 3 ilə ərsəyə gətirdiyini bildirib:

Mərasimdə çıxış edən digər rəsmilər və ziyalılar da kitabla bağlı fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması üçün bu cür əsərlərin mühüm rol oynadığını bildiriblər. 
 

Tədbirdə el aşığı ustad Fətulla öz maraqlı ifası ilə tədbir iştirakçılarını bir daha Göyçə saz-söz sənətinin tilsiminə salıb. O, Niftalı Quliyevə həsr elədiyi şeirini də səsləndirib.


Tədbirin sonunda müəllif imzalı kitablarını öz oxucularına təqdim edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO