Azərbaycanda vətəndaşlara “Sputnik V” vaksini vurulacaq - SABAHDAN

Azərbaycanda vətəndaşlara “Sputnik V” vaksini vurulacaq - SABAHDAN

Hazırda oxunan: Azərbaycanda vətəndaşlara “Sputnik V” vaksini vurulacaq - SABAHDAN

21385

Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Azərbaycan vətəndaşları Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO