Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bakıya gəldi - FOTO

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bakıya gəldi - FOTO

Hazırda oxunan: Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bakıya gəldi - FOTO

213843

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
 

Məlumata görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.


Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror Kamran Əliyev Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc almaqla dünya ölkələrinə bir nümunə olduğunu vurğulayıb, ölkə başçılarının ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxdığını qeyd edib.

Türk Dövlətləri Təşkilatina üzv Dövlətlərin Baş Prokurorları Şurasının ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş, dərin tarixi köklərə əsaslanan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət etdiyinə, müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında cavab verməklə cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfə olduğuna diqqət çəkən Kamran Əliyev təşkilatın fəaliyyətində Türkiyənin önəmli yer aldığını vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Türkiyənin prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək dostluq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, iki qardaş ölkənin prokurorluq orqanlarında mövcud əlaqələri yüksək qiymətləndirib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO