Vahid Ələkbərov bir gündə 314 milyon dollar qazandı

Vahid Ələkbərov bir gündə 314 milyon dollar qazandı

Hazırda oxunan: Vahid Ələkbərov bir gündə 314 milyon dollar qazandı

213805

Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Vahid Ələkəbərov son bir gün ərzində 314 milyon dollar qazanıb.

Bizim.Media xəbər verir ki, Vahid Ələkbərovun ümumi sərvəti dünən 27,5 milyard dollar olduğu halda bu gün 27,8 milyard dolları keçib.
 

Son bir gündə sərvəti ən çox artıran isə LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault olub. Bernard Arnaultun sərvəti bir gün ərzində 6,6 milyard dollar artaraq 207 milyard dollara çatıb.


Son bir gündə ən çox itirən Amerikalı milyarder Maykl Del olub. Texnologiya sektorunda fəaliyyət göstərən “Del Computer” şirkətinin sahibi bir gündə 3,23 milyard dollar itirib.

“Bloomberg”in bugünə olan məlumatına görə hazırda ən zəngin insanların siyahısına “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask başçılıq edir. Maskın ümumi sərvətinin 272 milyard dollar olduğu bildirilir. Amerikalı iş adamı son bir gündə sərvətini 4,46 milyard dollar artırıb. Bir gündə 2,84 milyon dollar itirən “Amazon”un qurucusu Cefferi Bezosun isə 211 milyard dollar sərvəti var və zəngin adamların siyahısnda 2-ci sırada qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO