Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır

Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır

213795

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə cari ilin oktyabr ayının 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO