Zaqatalada restoran yandı – YENİLƏNİB

Zaqatalada restoran yandı – YENİLƏNİB

Hazırda oxunan: Zaqatalada restoran yandı – YENİLƏNİB

213780

Zaqatala şəhərində yanğın olub. 

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 400 m² olan müxtəlif təyinatlı obyektlərdən (market, restoran, kafe, dönərxana və ofis kimi fəaliyyət göstərir) ümumi sahəsi 150 m² olan restoranın tavanı və dam örtüyünün yanar konstruksiyaları, restorana bitişik, ümumi sahəsi 70 m² olan marketin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 60 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

*** 10:03

Səhər saatlarında Zaqatala şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 24 ünvanında fəaliyyət göstərən  “Ailə" restoranının damında anidən alovlanma müşahidə edilib.  Yanğın bir anda artmağa başlayıb və yaxınlıqdakı tikilər üçün də təhlükəyə çevrilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərk ətraf binalara keçməsinin qarşısı alınıb.  

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik kabelindəki gərginlik və qısaqapanma səbəb olub. 

Hazırda yanğın yerində soyutma işləri aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO